28 oktyabr 2026 11:55
150

Tokayev Qazaxıstanda minimum əməkhaqqının 240 dollara çatdırılmasını tapşırıb

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 2027-ci il yanvarın 1-dən ölkədə minimum əməkhaqqının 110 min tengeyə (təxminən 240 dollar) çatdırılmasını, yəni praktiki olaraq üçdə bir qədər artırılmasını hökumətə tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz minimum əməkhaqqının həddini mərhələli şəkildə artırmağa davam edəcəyik. Hökumətə minimum əməkhaqqının məbləğini 85 mindən 110 min tengeyə qaldırmağı tapşırıram. Bu vəzifə gələn il yanvarın 1-dən icra olunmalıdır", — deyə o, Qazaxıstan xalqına müraciəti zamanı bildirib.

Beləliklə, artım təxminən 29,4% təşkil edəcək. Prezidentin sözlərinə görə, bunun hesabına 370 min büdcə təşkilatı işçisi daxil olmaqla, təxminən 1,8 milyon nəfərin gəlirləri artacaq. Tokayev həmçinin gələn il sahə polis əməkdaşlarının maaşlarının təxminən 40% artırılmasını tapşırıb.

Qazaxıstanda minimum əməkhaqqı — tam ştat rejimi şərtilə əməyin ödənilə biləcəyi ən aşağı məbləğdir. Qısaldılmış iş qrafiki olduqda, işçi bu məbləğdən daha az maaş ala bilər. Bu göstərici sonuncu dəfə 2024-cü ildə yenidən nəzərdən keçirilib və o, həmçinin bir sıra sosial ödənişlərin hesablanması üçün lazımdır.