17 yanvar 2017 22:40
374

Nəsimi və Yasamal rayonlarında qaz olmayacaq

Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yanvarın 18-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakının Nəsimi və Yasamal rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.