Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə UNESCO arasında mövcud əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı mədəni irsin qorunması, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb, bu istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Bakıda keçirilən növbəti əmək yarmarkasında 1000-dən çox vakansiya təqdim olunub