Ötən ilin dekabrında SOCAR-ın təbii qaz hasilatı 539,9 milyon kubmetr olub. Dekabrda ölkə üzrə qaz istehsalı isə 2 milyard 445,2 milyon kubmetr təşkil edib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.
2016-cı ildə SOCAR üzrə 6 milyard 266,7 milyon kubmetr, Azərbaycanda isə ümumilikdə 29 milyard 367,1 milyon kubmetr qaz hasil olunub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub