02 noyabr 2026 21:28
135

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Rusiya ilə münaqişə nəticəsində 768 uşaq ukraynalı həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk "X" sosial şəbəkəsində yazıb.

"2022-ci il fevralın 24-dən (Rusiya-Ukrayna münaqişəsi başlayandan - red.) 768 ukraynalı uşaq öldürülüb. Dünən Rusiya pilotsuz uçuş aparatı Ukraynada daha bir uşağın həyatına son qoydu. Nur içində yat, Arina Pidruçnaya", - o qeyd edib.