03 noyabr 2026 15:28
105

Əli Kərimli və müavininin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“İki sahil” "Report"a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirlən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.

Növbəti iclas noyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham olunurlar.