Xəzər rayonunun Zirə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Yanvarın 19-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq. Təmir müddətində Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakının Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub