Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri artıq əsgər atasıdır.
“İki sahil” xəbər verir ki, Nadir Azərinin oğlu Nihat İsmayıllı Türkiyədə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Noyabrın 8-də –Zəfər Günündə keçirilən andiçmə
zamanı Nihat İsmayıllı da Vətənə sədaqət andı içib ki, bu da ailə üçün əlamətdar və unudulmaz hadisəyə çevrilib.
Əməkdar jurnalist bu münasibətlə sosial şəbəkə hesabında paylaşım edərək sevincini və qürurunu izləyiciləri ilə bölüşüb. O, oğlunun andiçmə mərasiminin məhz Zəfər Gününə təsadüf etməsini xüsusi rəmzi məna daşıyan, onlar üçün həm qürurverici, həm də sevindirici hadisə kimi dəyərləndirib.
Nadir Azərinin paylaşımında övladının Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməyə başlamasından duyduğu ata qüruru ilə yanaşı, Zəfər Gününün yaratdığı xüsusi mənəvi ovqat da əks olunub.
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir
FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib