Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, eləcə də Şri-Lanka Demokratik Sosialist Respublikasının Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
BMT tərəfi ilə imzalanmış Memorandum “ASAN xidmət” təcrübəsinin Komissiyaya üzv 21 dövlətlə paylaşılmasını, eləcə də bu istiqamətdə əməkdaşlığın təşviqini nəzərdə tutur.
Şri-Lanka və Cibuti ilə imzalanmış sənədlər “ASAN xidmət” modelinin və qabaqcıl təcrübəsinin həmin dövlətlərdə tətbiqini ehtiva edir.
Anlaşma memorandumları “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı Bakıda keçirilən beynəlxalq sammit çərçivəsində imzalanıb.
Hazırda "ASAN xidmət" təcrübəsi 50-dən çox ölkə ilə paylaşılır.
Ombudsman 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələrini elan edir
TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündəAzərbaycanda 570 mindən çox video silinib
NİİM avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir