11 noyabr 2026 13:09
80

Fuad Muradov Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Polşaya səfəri çərçivəsində bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və Koordinasiya Şurasının toplantısında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Komitənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və diaspor təşkilatlarına göstərilən dəstək mexanizmləri barədə məlumat verilib. Xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd ətrafında birləşməsinin, diaspor təşkilatları arasında əlaqələndirmənin gücləndirilməsinin və gənc nəslin Azərbaycanla bağlarının möhkəmləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Daha sonra Koordinasiya Şurasının fəaliyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək təşəbbüslərlə bağlı təkliflər səsləndirilib. İcma üzvlərinin sualları cavablandırılıb,

Toplantının sonunda Polşa Azərbaycanlılarının Koordinasiya Şurasına seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən Varşava və Katovitse şəhərləri üzrə koordinatorlar seçilib.