19 yanvar 2017 18:26
204

Neft Fondu müraciət edib

Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş neft və qaz hasilatı sahəsində istifadə olunan avadanlıqlar və digər aktivləri əldə etmək niyyətində olan şəxslər yanvarın 27-dək ARDNF-ə müraciət edə bilərlər. Əlavə məlumat üçün, ARDNF-in material texniki təchizat şöbəsinin baş mütəxəssisi Abdulla Böyükkişiyevlə əlaqə saxlamaq olar. Telefonlar: 498-77-53, 498-62-55 (daxili 1004).

Bu barədə AZƏRTAC-a Dövlət Neft fondundan bildirilib.