Azərbaycan ilə Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyanın Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı danışılıb.
Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.
Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB
Dublində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb