Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.
Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, IDEA İctimai Birliyi və UN-Habitat arasında şəhərlərin yaşıllaşdırılması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Bu istiqamətdə IDEA İctimai Birliyi və UN-Habitat tərəfindən birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına toxunulub.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb