13 noyabr 2026 09:43
48

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada, 69 yaşlı Mirzağa Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.