14 noyabr 2026 00:52
70

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan NATO proqramına maliyyə töhfəsi verməyəcək.

“İki sahil” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

“Mən NATO-nun Baş katibi Mark Rutteyə məlumat verdim ki, hələlik PURL proqramına töhfə verməyəcəyik”, – deyə Tusk “TVP Info” telekanalının yayımladığı mətbuat konfransında qeyd edib.

Baş nazir bu qərarı Polşada büdcə kəsirinin yüksək olması və ölkənin müdafiə xərcləri ilə izah edib.