14 noyabr 2026 09:25
97

Tramp APEC sammiti çərçivəsində Putin və Si Cinpinlə görüşməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə görüşməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp görüşlər zamanı nüvə silahlarının azaldılması məsələsini müzakirə etmək niyyətindədir.

Bununla belə, Ağ Evin nümayəndəsi ABŞ-ın bu istiqamətdə hər hansı razılaşmanın əldə olunacağına ümid etmədiyini qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də Putin və Si Cinpinlə nüvə silahlarına nəzarət məsələlərini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı.