15 noyabr 2026 20:51
132

Bu ölkə Rusiya ilə sərhədlərini bağlayacaq

Estoniya Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq.

“İki sahil” xəbər verir ki,  Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Estoniya dekabrın 1-də bütün Rusiya ilə bütün sərhəd keçidlərini bağlayacaq", - o yazıb.

Estoniyanın xarici işlər naziri bu tədbirləri noyabrın 14-ə keçən gecə Estoniya müdafiə şirkətinə qarşı baş verən "təxribat hücumu" ilə əlaqələndirib.

Nazir əlavə edib ki, qərarı barədə Finlandiya, Latviya və Litva həmkarlarını məlumatlandırıb.