19 yanvar 2017 21:44
213

“Gazprom” ötən ilin üçüncü rübündə 1,7 milyard dollar qazanıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin keçən ilin üçüncü rübündəki xalis mənfəəti proqnozlardan yüksək - 102,2 milyard rubl (təxminən 1,7 milyard dollar) olub.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom”un ən böyük ixrac bazarı olan Avropaya təbii qaz satışı keçən ilin ilk doqquz ayında 28 faiz artıb. Şirkətin Rusiyadakı təbii qaz satışı 7 faiz, keçmiş Sovet ölkələrinə satışları isə 19 faiz azalıb.

Təbii qazın qiymətindəki ucuzlaşma ilə əlaqədar olaraq “Gazprom”un qaz satışından xalis gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalaraq 570 milyard rubla geriləyib. Şirkətin keçən ilin 9 aylıq dövründəki xalis gəliri isə 709 milyard rubl olub.