19 yanvar 2017 22:20
427

“Şahdəniz”in perspektivləri müzakirə edilib

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP-nin icraçı direktoru Robert Dadli ilə “Şahdəniz” layihəsinin perspektivlərini müzakirə edib.

Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələr Davosda keçirilən görüşdə aparılıb.

Görüşdə “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində Cənubi Qafqaz boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində genişləndirilməsi istiqamətində görülən işlər, bu layihə çərçivəsində Avropa ölkələrinə nəql olunacaq qazın həcminin artırılması məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz boru kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb.

Bildirilib ki, bu layihələr təkcə Gürcüstanda deyil, Türkiyə və Avropada yeni infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə olunub.