SOCAR dünyanın bir çox ölkəsinə investisiya yatırır. Lakin 18 milyard dollarla ən böyük investisiya qoyuluşu Türkiyədə reallaşdırılıb. İndiyədək bu investisiya proqramının 9,5 milyard dollarlıq hissəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O deyib ki, bu vaxtadək 11 milyard dollar xərclənib, qalan 7 milyard dollar isə qarşıdakı illərdə həyata keçiriləcək və 2020-ci ilədək başa çatdırılacaq.
“Biz Türkiyəyə investisiya qoyuluşunu 4-5 illik nəzərdə tutmuruq. Uzun müddət bu ölkədə fəaliyyət göstərəcəyik və investisiyalarımız da davam edəcək”, - deyə Z.Qəhrəmanov əlavə edib.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub