Parisdə şənbə günü keçirilən etiraz aksiyalarına təxminən 21,5 min nəfər çıxıb.
“İki sahil” "Le Parisien"ə istinadən xəbər verir ki, bu məlumatı Paris Polis Prefekturası təqdim edib, Tələbə İttifaqı isə paytaxt aksiyası iştirakçılarının sayını 45 min nəfər olaraq qiymətləndirib.
Həmkarlar ittifaqlarının məlumatına görə, bütün Fransa üzrə nümayişlərə ümumilikdə 150 min nəfər çıxıb. Aksiyalarda "sarı jiletlilər" hərəkatının, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yürüşün əsasən dinc xarakter daşımasına baxmayaraq, Parisdə polis ilə razılaşdırılmış marşrutdan kənara çıxmağa çalışan ayrı-ayrı etirazçı qrupları arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq edərək icazəsiz yürüşlər təşkil etməyə çalışan maskalı şəxslərdən ibarət qrupları dağıdıblar.
Gərgin vəziyyət digər şəhərlərdə də müşahidə olunub. Prefekturanın 4,6 min iştirakçı qeydə aldığı Marseldə etirazçıların ayrıca bir qrupu əsas kolondan ayrılıb. Etirazçılar əmlaka ziyan vurub, yanğınlar törədib, o cümlədən avtomobilləri yandırıblar, buna cavab olaraq polis gözyaşardıcı qaz tətbiq edib.
Nantda polislə qarşıdurma baş verib, zibil qutuları yandırılıb. Bordoda aksiyada təxminən 4 min nəfər iştirak edib, həmçinin ayrı-ayrı toqquşmalar qeydə alınıb.
Etirazlar fonunda Fransa hakimiyyəti oktyabrın 17-də şəhər iğtişaşları nəticəsində zərər çəkmiş müəssisələr üçün fövqəladə maliyyə yardımı almaq məqsədilə müraciətlərin qəbuluna başlandığını elan edib.
“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb
Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib