SOCAR-ın sərmayə qoyduğu “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik terminalının ikinci mərhələsi bu ilin iyununda istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O bildirib ki, İzmirin Əliağa rayonundakı liman iki mərhələdən ibarət olacaq və 380 milyon dollara başa gələcək. Birinci mərhələ artıq yekunlaşıb. 13 min konteyner yeri olan gəmilər limana yan ala biləcək. “Petlim” Egey dənizi hövzəsində ən iritutumlu limandır. Bu, hər konteynerə görə 200-250 dollar əlverişli xərci təmin edir. Birinci mərhələ üzrə həftənin 5 günü xidmət göstərilir.
Qeyd edək ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivi və səhmlərinin təxminən 53 faizi STEAŞ-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 28 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.
Xatırladaq ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub