Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Universitetlərdə mikromobillikinfosessiyaları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində maarifləndirici sessiya keçirilib.
Layihənin əsas məqsədi tələbələr arasındamikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi vəmövcud infrastruktur barədə fikir mübadiləsininaparılmasıdır.
Sessiyada 50-dən çox tələbə iştirak edib. Tədbirçərçivəsində tərəfdaş APAR şirkəti tərəfindən praktikivelosiped təlimi də təşkil olunub. Təlimlər tələbələrinskuter və velosipedlərdən daha təhlükəsiz və düzgünistifadə bacarıqlarının artırılmasına xidmət edib.
Qeyd edək ki, yaxın vaxtlarda Sumqayıt DövlətUniversitetinin ərazisində velosiped parkinqkonstruksiyası da quraşdırılıb.
AYNA-nın həyata keçirdiyi bu layihə tələbəyönümlü, təhlükəsiz və davamlı nəqliyyat modelininqurulmasına mühüm töhfə verir və mikromobillikekosisteminin inkişafına yeni impuls daşıyır.
Kaspersky “Google” xidməti üzərindən göndərilən saxta kompensasiya bildirişlərini aşkarlayıb
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir