ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 35 ədəd artaraq 694-ə çatıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 29 ədəd artaraq 551, qaz quyularının sayı 6 ədəd çoxalaraq 142, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 41 ədəd, qaz quyularının sayı 15 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 57 ədəd artıb.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub