26 noyabr 2026 09:25
80

“Sabah”ın qapıçısı ÇL-də qurtarış sayına görə birincidir!

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

“İki sahil” xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov ən çox qurtarış edən qapıçıların siyahısında birinci pilləyə yüksəlib.

O, dünən “Barselona” ilə oyunda (1:4) 9 dəfə seyv edib.

Qazaxıstanlı qolkiper 31 qurtarışla bütün həmkarlarını qabaqlayıb. İkinci pillədə 28 qurtarışla “Brügge”nin qapıçısı Yan Sommer yer alıb.

Çempionlar Liqasının Liqa mərhələsindən 5 turdan sonra ən çox qurtarış edən qapıçıların ilk beşliyi:

1. Stas Pokatilov (“Sabah”) – 31

2. Yan Sommer (“Brügge”) – 28

3. Dioqu Koşta (“Portu”) – 26

4. Dominik Takaç (“Slovan”) – 24

5. Tyark Ernst (“Feyenoord”) – 20

5. Zayon Suzuki (“Aston Villa”) – 20