23 yanvar 2017 22:24
246

“Sənin yolların daha asandır” kampaniyası başa çatıb

SOCAR-ın Rumıniyada keçirdiyi “Sənin yolların daha asandır” kampaniyası başa çatmışdır

Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin təşkil etdiyi “Sənin yolların daha asandır” kampaniyasının 2-ci və 3-cü mərhələləri başa çatmışdır.Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən 35 yanacaqdoldurma məntəqəsində 50 lei (22 AZN) civarında yanacaq alan müştərilər kassa çekinin nömrəsini SMS vasitəsilə göndərməklə kampaniyada iştirak etmək hüququ qazanmışlar. 

Kampaniyanın 2-ci mərhələsində 32 ədəd 200 leilik (89 AZN), 3-cü mərhələsində isə əsas uduş - 1 ədəd 1000 leilik (450 AZN) yanacaq kartları sahiblərini tapmışlar. İlk mərhələdə 32 qalib 200 leilik (89 AZN) yanacaq kartı udmuşdu. 

“Sənin yolların daha asandır” qış kampaniyası 15 noyabr 2016 - 15 yanvar 2017-ci il tarixlərini əhatə etməklə 3 mərhələdə keçirilmişdir.