28 noyabr 2026 20:58
110

Çində Tibet yaylası yaxınlığında bütöv cənub mamontunun kəlləsi aşkarlanıb

Çinli tədqiqatçılar Tibet yaylasının şimal-şərq kənarında ilk dəfə cənub mamontuna aid bütöv kəllə aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Kəllə və iki fil dişi avqust ayında tapılıb. Çin Elmlər Akademiyasının mütəxəssisləri sonrakı araşdırmalar zamanı qalıqların 1,3–2 milyon il əvvəl yaşamış cənub mamontuna aid olduğunu müəyyən ediblər.

Qeyd olunub ki, bu tapıntı alimlərə Avropa və Asiyada aşkar edilmiş cənub mamontlarının qalıqlarını müqayisəli şəkildə araşdırmağa imkan verəcək.