29 noyabr 2026 11:49
65

Qadın voleybolçuların Super Liqasında növbəti oyun keçirilib

Bu gün IV tur çərçivəsində “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

IV turun növbəti oyunu sabah Gəncə İdman Sarayında keçiriləcək. Bu görüşdə “Gəncə” və UNEC komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulan “Azərmaş Abşeron” - “Turan” oyunu CEV Çempionlar Liqasında mübarizə aparan Tovuz klubunun yarışdakı növbəti səfər qarşılaşması ilə əlaqədar federasiyaya etdiyi müraciət əsasında təxirə salınıb.

 

27 noyabr

Super Liqa

IV tur

“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:13, 25:18, 25:21)

Ünvan: GİN-in Voleybol Mərkəzi