İndoneziyanın xam neft hasilatının 2020-ci ildən aşağı düşəcəyi proqnozlaşdırılır. Hasilatın gündəlik 270 min barel azalacağı güman edilir.
“İki sahil” qəzeti “tempo.co” saytına istinadən xəbər verir ki, “Wood Mackenzie” tədqiqat mərkəzinin neft və qaz kəşfiyyatı üzrə rəhbəri Anqus Rodger 2020-ci ildən, ümumilikdə, Asiya-Sakit okean ölkələrində hasilatın azalacağı ilə bağlı proqnoz verib. Onun fikrincə, ən çox azalma (47 %) Çində müşahidə ediləcək, İndoneziyada bu göstərici 27 %, Tailand və Hindistanda isə 8 % təşkil edəcək. Anqus hasilatın aşağı düşməsini sözügedən ölkələrdə yeni yataqların aşkar edilməməsi ilə əlaqələndirib.
1990-cı ildən bəri bu ölkələrdə qaz kəşfləri üstünlük təşkil edir. O, azalmaya digər səbəb kimi mövcud yataqlara sərmayələrin cəlb edilmədiyini göstərib. Anqus Rodger hesab edir ki, Tailand, Yeni Zelandiya, Çin, İndoneziyada indiyədək görünməmiş hasilat azalması baş verəcək.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub