“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub