24 yanvar 2017 22:05
530

SOCAR-da növbəti iclas keçirilib

Xaricdə mütəxəssislərin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

Yanvarın 24-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində “Beynəlxalq biznes və korporativ hüquq” və “Layihənin idarə olunması, maliyyə və risklər” ixtisasları üzrə magistr təhsilini başa vurmuş 2 məzunun hesabat xarakterli təqdimatı dinlənilmişdir. Məzunlar həmçinin xaricdə təhsil aldıqları ixtisas və ali təhsil müəssisələri barədə komissiya üzvlərinə ətraflı məlumat vermişlər. Hesabatlar dinlənildikdən və müzakirələrdən sonra məzunlara ixtisaslarına müvafiq iş yerləri təklif edilmişdir. İclasda həmçinin, 2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 2 iddiaçının namizədliyinə də baxılmışdır. 

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 25 nəfər tələbə təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 209 nəfər təhsilini başa vuraraq geri qayıtmış və SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunmuşlar.