25 yanvar 2017 15:42
374

BP “Magnus” neft yatağındakı 25 faizlik payını satıb

BP “Magnus” neft yatağındakı 25 faizlik səhminin İngiltərənin “EnQuest” enerji şirkətinə satılması barədə razılığa gəlindiyini açıqlayıb.

AZƏRTAC BP-yə istinadla xəbər verir ki, Şimal dənizindəki Şetland adalarının 160 kilometr şimal qərbində yerləşən “Magnus” neft yatağının səhmlərinin hamısı BP-yə məxsusdur. Razılaşma çərçivəsində BP-nin Şetlanddakı “Sullom Voe” istehsal kompleksinin də 3 faizlik səhminin “EnQuest”ə satılması qərara alınıb.

Hər iki səhm satışının ümumi dəyərinin təxminən 68 milyon funt sterlinq (85 milyon dollar) səviyyəsində olduğu bildirilib. Razılaşma çərçivəsində “Magnus” neft yatağında və “Sullon Voe” terminalında çalışan BP-nin 340 işçisinin “EnQuest” üçün işləməyə davam edəcəyi qeyd edilib.