Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması təşəbbüsünə qoşulan ölkələr tələb etsələr BP həmin ölkələrdə istehsalı azaltmağa hazırdır.
AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bunu BP-nin baş icraçı direktoru Robert Dadli bəyan edib.
R.Dadli bildirib ki, şirkət bu məsələni təkbaşına həll etmir. Bu, BP-nin neft hasilatı ilə məşğul olduğu ölkələrin tənzimləyici qurumlarının səlahiyyətinə daxildir.
“Biz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstəririk və faktiki olaraq hasilatı aşağı salmırıq. Hazırda biz Əbu-Dabidə istehsalla məşğuluq. Azərbaycan hasilatı azaldacağını bəyan edib. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu, tənzimləyici qurumların - həmin ölkənin işidir”, - deyə BP-nin baş icraçı direktoru R.Dadli əlavə edib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub