N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) estakadalar Neft Yığım məntəqəsindən ayrılır.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, dəniz özülləri, estakada və estakadayanı məntəqələrdə işçilərin təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər sürətlə həyata keçirilir. Son illərdə dənizdə 6 min metrdən çox estakada, 43 min kvadratmetrdən çox sahə əsaslı təmir olunub.
Hazırda bu işlər yeni müstəvidə, daha yüksək sürətlə davam etdirilir. Tufan baş verdiyi təqdirdə estakadanın təsirindən Neft Yığım məntəqəsinin uçmasının qarşısını almaq üçün N.Nərimanov adına NQÇİ-də estakadalar Neft Yığım məntəqəsindən ayrılır.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub