26 yanvar 2017 18:05
308

SOCAR-da görüşlər keçirilib

SOCAR-da BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakasseti ilə görüş keçirilib

SOCAR-ın Baş Ofisində ekologiya üzrə vitse-prezident xanım Rəfiqə Hüseynzadə ilə BMT İnkişaf Proqramının rezident nümayəndəsi cənab Alessandro Frakasseti arasında görüş keçirilmişdir.Görüşdə 26 fevral 2015-ci il tarixindən etibarən birgə həyata keçirililən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsinin bütün komponentləri üzrə məlumat verilmiş və hazırda layihə üzrə görülən işlərin icra vəziyyəti haqqında müzakirələr aparılmışdır. Söhbət əsnasında istehsalat zərurəti nəzərə alınaraq, “Tullantı Mərkəzi”ndə sözügedən layihə çərçivəsində quraşdırılan alternativ enerji mənbələrinin gücünün artırılması təklif olunmuşdur. Bununla yanaşı, gələcəkdə BMT-nin Azərbaycan Nümayəndəliyinin vasitəsilə Beynəlxalq İqlim Fondundan (GCF) qrant cəlb edilməsi məqsədilə aşağı təzyiqli səmt qazlarının azaldılması üzrə yeni layihə təklifinin hazırlanması barədə razılığa gəlinmişdir. Rəhbər komitənin növbəti görüşünün cari ilin fevral ayında keçirilməsi razılaşdırılmışdır.