15 fevral 2017 22:28
317

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda təlimlər keçirilir

İnsan Resursları Departamentinin əməkdaşları üçün “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təlimlər keçirilir

SOCAR-da insan resurslarının transformasiyası proqramı çərçivəsində İnsan Resursları Departamentinin əməkdaşları istehsalat prosesləri barədə nəzəri biliklərə yiyələnmək və gələcəkdə biznes tərəfdaş kimi xətti rəhbərlər ilə əməkdaşlığı inkişaf etdirmək məqsədilə fevralın 14-dən başlayaraq şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan “Qeyri-ixtisaslı mütəxəsislər üçün istehsalat” mövzusuı üzrə təlimlərə cəlb olunmuşlar.Fevralın 17-dək “Qeyri-ixtisaslı mütəxəssislər üçün geologiya və geofizika” üzrə, aprel ayından etibarən isə ardıcıl olaraq “Qazma və hasilat”, “Mexanika, energetika və avtomatika”, “Tikinti və quraşdırma” və “Neft-qaz sənayesində investisiyaların idarə edilməsi” üzrə təlimlərin keçirilməsi planlaşdırılmışdır.

Daha sonra tədris olunmuş mövzular üzrə praktiki biliklərlə yiyələnmək məqsədilə təlim iştirakçılarının istehsalat sahələrinə səfərlərinin təşkili nəzərdə tutulur.