17 fevral 2017 21:58
270

Lotereyada 1,25 milyon dollar uddu, təşkilatçıları məhkəməyə verdi

İngiltərəli Ceyn Parks Britaniya Milli Lotereyasını məhkəməyə verməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı Parks 17 yaşı olarkən lotereyada 1,25 milyon dollar udduğnu və bundan sonra həyatının məhv olduğnu deyib.

“Düşünürdüm ki, həyatım uduşdan sonra 10 dəfə yaxşı olar amma əskinə, 10 dəfə pis oldu. Hər gün bu qədər pula sahib olduğuma görə peşmanlıq çəkirəm”.

Parks gənc yaşda bu qədər pul udduğu Milli Lotereya şirkətini “həyatını məhv” etdiyi üçün məhkəməyə verib və ölkədəki ən təcrübəli vəkillərdən birinə müraciət edib.