ABŞ-ın bir neçə ştatında prezident Donald Tramın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.
"Miqrantsız gün"ün təşkilatçıları ABŞ-da yaşayan, ancaq Amerika vətəndaşı olmayan sakinlərdən ölkənin iqtisadiyyatı və digər sahələri üçün nə qədər vacib olduqlarını göstərməyə çağırıblar. Bunun üçün miqrantlar bir gün evdən çıxmamalı, mağazalara, kafelərə getməməli, hətta uşaqları məktəbə buraxmamalıdır.
Bunun nəticəsində Vaşinqton, Filadelfiya, Çikaqo, Öoston, Xyuston və Nyu-Yorkda yüzlərlə restoranlar və digər müəssisələr ağlı qalıb. Bundan əlavə təzə ət, çörək, meyvə və tərəvəz tapmaq çətinləşib.
Aksiya ABŞ-ın Müdafiə Nazirliyinə də təsir göstərib: Belə ki, pentaqonun özündə bəzi kafelər, o cümlədən Sturbucks, Taco Bell və Burger King bağlı qalıb.
Massaçusetsdə Uels kollecinin adminsitrasiyası yerli muzxeydən miqrantların hazırladığı bütün əl işlərini yığışdarmağa söz verib, Çikaqoda isə aksiyaya Pete-s Fresh Market-in 12 ərzaq dükanından 5-i bağlı qalıb. Mağaza sahibi işçilərə işə çıxmamağa izn verib.
Bundan başqa El Milagro restoranlar şəbəkəsinin bir qismi bağlanıb.
Bununla birgə, imiqrantlarla həmrəy olduqlarını bildirmək üçün amerikalılar küçələrə iökülərək Tramp Administrasiyasının qərarından narazılıqlarını bildiriblər.