20 fevral 2017 14:27
719

“Yaxşı” xolestrolu artıran Aralıq dənizi pəhrizi

Amerikanın Ürək Assosiasiyasının “Circulation” jurnalında zeytun yağları ilə zəngin olan Aralıq dənizi pəhrizinin digər pəhriz növləri ilə müqayisədə daha çox ürək xəstəliklərinin qarşısını aldığı və yüksək sıxlıqlı lipoproteini (“yaxşı” xolestrol HDL) artırdığı qeyd olunur.

Aşağı sıxlıqlı lipoproteinin( pis xolestrol) və triqliseridlərin çoxluğu çəkinin və qan-damar xəstəliklərinin artmasına səbəb olur. Xolesterol, lipoproteinin 50%-dirsə, qandakı çox aşağı sıxlıqlı lipoprotein səviyyəsini istənilən səviyyəyə gətirirsə, qandan, bədəndəki toxumalara xolesterol daşıyırsa, bu lipoproteinə, HDL və ya yüksək sıxlıqlı lipoprotein deyilir.

“Hospital del Mar” Tibb İnstitutunun həkimlərinin apardıqları araşdırmalar da göstərir ki, HDL xolestrolu ürək, qan-damar xəstəlikləri riskini daha azaldır. 296 ürək xəstəliyi riski ilə qarşı-qarşıya qalan insan arasında aparılan araşdırma zamanı iştirakçılardan pəhrizdən əvvəl və sonra qan analizləri alınıb. 66 yaşlı iştirakçılar arasında 1 il ərzində Aralıq dənizi pəhrizi təyin edilib. Pəhrizlərdən biri ənənəvi Aralıq dənizi pəhrizi hesab olunur. Belə ki, hər gün zeytun yağı ilə zəngin olan qida qəbul edilməli (təxminən 4 xörək qaşığı), gündəlik qida fındıq ilə zəngin olmalı və ən əsas sağlamlığa ziyan edən qırmızı ət, şirniyyat və yüksək kalorili qidalar qida rasionundan kənarlaşdırılmalıdır. Bununla yanaşı, öz qida rasionuna meyvə, tərəvəz, paxlalı bitkilər, dənli bitkilər və orta miqdarda da balıq əlavə etməlisiniz. Bununla siz orqanizminizdəki pis xolestrolu-LDL lipoproteinini azaltmış olacaqsınız.

Qeyd edək ki, bu pəhrizin heç biri insan bədənindəki HDL xolestrolunu artırmır əksinə, onun funksiyasını yaxşılaşdırır.