20 fevral 2017 17:38
212

Hitlerin telefonu hərracda 243 min dollara satılıb

Üçüncü Reyxin lideri Adolf Hitlerin İkinci Dünya müharibəsi zamanı istifadə etdiyi telefon ABŞ-da keçirilən hərracda 240 min dollara satılıb

AZƏRTAC xəbər verir ki, alıcının adı açıqlanmır. Telefonun start qiyməti 100 min dollar olub.

Üzərinə Hitlerin adı həkk olunmuş qırmızı telefon 1945-ci ildə onun Berlindəki yeraltı bunkerində tapılmışdı. Almaniya təslim olduqdan sonra sovet əsgərləri telefonu suvenir olaraq britaniyalı zabiti Ralf Reynerə vermişdilər.

Hərracın təşkilatçılarının bildirdiklərinə görə, həmin telefon “kütləvi qırğın silahı” sılahı olub. Belə ki, Hitler müharibə illərində çoxmilyonlu qurbanlara gətirib çıxarmış əmrləri məhz bu telefonla verib.