Rusiya xam neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Ər-Riyadda yerləşən “Joint Organisations Data” şirkəti məlumat yayıb.
Rusiya 2016-cı ilin martından indiyədək neft hasilatında ilk dəfə Səudiyyə Ərəbistanını geridə qoyub. Belə ki, ötən ilin dekabr ayında Rusiyanın neft istehsalı noyabr ayına görə 29 min barrel/gün azalaraq 10,49 milyon barrel/gün olub. Həmin dövrdə Səudiyyə Ərəbistanının hasilatı isə 10,72 milyon barrel/gündən 10,46 milyon barrel/günə enib. ABŞ isə 8,8 milyon barrel/gün neft hasilatı ilə üçüncü böyük istehsalçı olub.
Dekabr ayında Səudiyyə Ərəbistanının neft ixracı da 8,26 milyon barrel/gündən 8 milyon barrel/günə geriləyib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub