21 fevral 2017 22:15
416

İnsan beynindən pis xatirələri silmək mümkün olacaq

Bu da oldu: İnsan beynindən pis xatirələr silinəcək

Kanadanın Toronto Universitetində aparılan araşdırma maraqlı nəticələr ortaya qoyub.

Mütəxəssislər digər xatirələrə toxunmadan ancaq pis xatirələrin beyindən silinməsinin mümkünlüyünü bildirib. İnsan beynində milyonlarca hüceyrənin olduğunun deyən mütəxəssislərin fikrincə, onların çox az hissəsi pis xatirələrlə bağlıdır.

Mütəxəssis qrupunun açıqlamasında “Digərlərinə toxunmadan beyindən ancaq pis xatirələrin silinməsinə nail olduq” deyə vurğulanıb. Siçanlar üzərində aparılan araşdırma yaxın gələcəkdə insanlar üzərində sınaqdan keçiriləcək.