21 fevral 2017 23:17
331

Kanadada neft kondensatı çirklənməyə səbəb olub

Kanadanın “Enbridge” enerji şirkəti boru xəttində yaranan sızma nəticəsində 200 min litr neft kondensatının çirklənməsinə səbəb olan Strathcona əyalətində təmizlənmə işlərinə başlayıb.  Sızma cümə günü təxminən gecə  saat 3-də “Anthony Henday Drive” avtomagistralının və 92  saylı prospektin yaxınlığında  baş verib və tikinti işlərinin baş verdiyi əraziyə qədər yayılan neft sızması şirkətin apardığı  əməliyyatları dayandırmağa məcbur edib. “National Energy Board” iqtisadiyyatın tənzimlənməsi agentliyi sözügedən hadisədən səhər saatlarında xəbərdar olub. “Enbridge” şirkəti  boru xəttində  baş verən problemin digər bir podratçı şirkət tərəfindən tikinti fəaliyyəti zamanı baş verdiyini və bunun da sızmaya səbəb olduğunu bildirib.

“İki sahil” edmontonjournal.com  saytına istinadən xəbər verir ki, sözügedən tikinti işləri “TransCanada Pipelines” şirkəti və podratçı “Ledcor” tərəfindən aparılır. “TransCanada” şirkəti  sızmanın  ətraf ərazilərə heç bir problemin yaratmadığını  və zərər çəkənin olmadığını bildirib.