Britaniyada unikal hadisə yaşanıb. İngiltərənin Uorikşir qraflığındakı Reqbi şəhərində ağzında iki dişi olan qız doğulub.
Milli.Az bildirir ki, kiçik Ella-Rousun anası 29 yaşlı Samanta Laynsın dediyinə görə, övladının alt damağında iki diş var.
"Hələ də şokdayam. Üstəlik, onu əmizdirmək də asan deyil. Qızımın dişləri olduğundan məni dişləyir", - Samanta söyləyib.
Uşaqların yalnız 6 aya çatanda dişləri çıxmağa başlayır.
Ella-Rousun atası 42 yaşlı Ceyson Dumbsun dediyinə görə, onlar illərdən bəri valideyn olmaq istəsələr də arzularına çatmırdılar: "Samantanın hamiləlikləri indiyədək uğursuzluqla bitirdi. Şükür Tanrıya ki, sonucda bu qız doğuldu. O, bizi bəxtəvər etdi".