22 fevral 2017 19:23
360

“Gazprom Neft”in mənfəəti 82,5 faiz artıb

Rusiyanın enerji nəhəngi “Gazprom Neft” şirkətinin xalis mənfəəti ötən il 2015-ci illə müqayisədə 82,5 faiz artaraq 200 milyard rubl (təxminən 3,5 milyard dollar) olub.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, şirkətin neft istehsalı da ötən il artıb. Xalis mənfəətin çoxalmasına səbəb də məhz neft hasilatının artmasıdır.

“Gazprom Neft”in neft istehsalı isə keçən il 2015-ci illə müqayisədə 8,2 faiz artaraq 86,2 milyon tona çatıb.