“Günəşli” yatağındakı 75 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilmişdir
“Günəşli” yatağındakı 19 saylı dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qırməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilmiş və gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilmişdir.Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub