28 fevral 2017 19:43
362

Kral səfərə 456 ton baqajla gedəcək

Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül-Əziz əl-Saud İndoneziyaya səfər edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 1-dən 9-na qədər davam edəcək səfər zamanı kralın baqajının 456 ton olacağı bildirilir. Kral Paytaxt Cakarata və Bali adasını 1500 nəfərin müşayiəti ilə ziyarət edəcək.

Baqaja 2 ədəd Mersedes-Benz S600 maralı avtomobillərin, elektrik liftlərini və s. daxil olduğu bildirilir. Baqajlar ayrıca təyyarə ilə İndoneziyaya gətiriləcək.