01 mart 2017 23:53
367

İran televiziyası aktrisanın dekoltesini belə gizlətdi

İran televiziyası "Oskar"dakı aktrisanın dekoltesini belə gizlətdi

İranın "ILNA News" agentliyi və televiziyası bir neçə gün əvvəl Hollivudda keçirilən "Oskar" kinomükafatının təqdimat mərasimindən reportajında maraqlı üsula əl atıb.

Milli.Az bildirir ki, agentlik aktrisa Şarliz Teronun dekoltesinin görünməməsi üçün onu "boyayıb". Eləcə də səhnədə olan İran əsilli iş qadını Anousheh Ansarinin geyimi görünməz edilib.

Həmin an Ş.Teron İran filmi olan "Satıcı"nın "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib olduğunu elan edir. Telekanal da məhz bu səbəbdən həmin səhnədən xəbər hazırlayıb.

Qeyd edək ki, İran mediası xarici film və ya xəbərlərdə belə üsuldan tez-tez istifadə edir.