Saç rənginin açılmasına kömək edir: Tünd rəngli saçlarınızdan sıxılıb daha açıq rəng saçlara sahib olmaq istəyirsinizsə, limon suyundan istifadə edə bilərsiniz. Yaxşı bir saç rəngi əldə etmək üçün limon suyunu saçlarınıza tətbiq edib 15-20 dəqiqə günəşdə qalmağınız kifayətdir.
Kəpəyi yox edir: Ümumiyyətlə, limonun saça çox faydası var. Beləki, limon saç dərisində meydana gələn kəpəyi yox edir. 3 ədəd limon qabığını 5 stəkan suda qaydanıb soyudun. Daha sonra isə saç dərinizə masaj edin. Masajdan sonra isə bol su ilə durulayın. Bunu həftədə 2 dəfə etməyiniz məsləhətdir.
Xoşagəlməz qoxuları aradan qaldırır: Havaların istiləşməsi özü ilə bərabər xoşagəlməz tər qoxusunu da gətirir. Bunun qarşısını limonla ala bilərsiniz. Limonun tərkibindəki maddələr tər qoxusuna səbəb olan bakteriyaları öldürdüyü üçün limon suyundan rahatlıqla istifadə edə bilərsiniz. Limon sadəcə tər qoxusunu deyil, eyni zamanda yemək bişirərkən əlimizə hopan xoşagəlməz qoxuları yox edir. Bununla yanaşı, tez qaralan tərəvəzləri limon suyunda saxlasanız qaralmanın qarısını ala bilərsiniz.
Evin təmizliyində istifadə edin:
Faydası saymaqla bitməyən limonu evin təmizliyində də müxtəlif sahələrdə istifadə edə bilərsiniz. Ərpin düşməni olan limondan vanna otağındakı su ləkələrində, paslanmış bıçaqlarınızda, sobalarınızın təmizlənməsində, hətta evdə xoş, təmiz bir qoxunun yayılması üçün belə istifadə edə bilərsiniz.
Kosmetoloqlar tövsiyə edir: Tərkibindəki C vitamini sayəsində limonun dəriyə çox faydası vardır. Limondan əlimizdə, üzümüzdə rahatlıqla istifadə edə bilərik. Ağardıcı xüsusiyyətə malik olduğu üçün dərini daha bəyaz və parlaq edir. Limon dırnaqları gücləndirir, dişləri ağardır, dəridə meydana gələn ləkələri də yox edir.
Röya Şahbazi, “İki sahil”