04 mart 2017 00:40
689

Bu təyyarənin heyəti yalnız qızlardan ibarət olub

Tokiodan Miyakocimaya uçan təyyarənin heyəti yalnız qızlardan ibarət olub

Yaponiyada martın 3-də qeyd edilən “Hina Matsuri” - qızlar bayramı günü münasibətilə “JAL” aviaşirkəti sərnişinlərə yalnız qızların xidmət göstərdikləri xüsusi reys təklif edib. Uçuş Tokionun Haneda hava limanından Yaponiyanın cənub-qərbində yerləşən Miyakocima şəhərinə həyata keçirilib. Təyyarə heyətinin bütün üzvləri – kapitan, ikinci pilot, stüardessalar və mexanik yalnız qızlardan ibarət olub.

Yola düşməzdən əvvəl heyət sərnişinlərlə “Hina” oyuncaqları fonunda şəkil çəkdirib.

Qeyd edək ki, “Hina Matsuri” Yaponiyada xüsusi qeyd edilən qızlar bayramıdır və həmin gün onlara xüsusi diqqət göstərilir.